28 may bağlandı

21-01-2013, 09:28
Oxunub: 1119


Bu gündən "28 May" stansiyasının əsas girişi təmirə bağlanır. ANS PRESS-in metropolitenin rəsmi saytına istinadla verdiyi məlumata görə, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, "28 May" stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) bu gün səhər saat 06:00-dan etibarən bağlanacaq.

Sərnişinlər bu müddət ərzində "28 May" stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və "Cəfər Cabbarlı" stansiyasının girişindən ("28 May" stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissədə aparılacağından "28 May" stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq.

Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti