"Binə" aksiyasında tutulanları sayı 30-a çatdı - Foto

19-01-2013, 19:28
Oxunub: 1424


Bu gün Bakının «Binə» Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyasında polis tərəfindən saxlanılan şəxslərin ilkin sayı açıqlanıb.
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, icazəsiz aksiyada polisə müqavimət göstərdikləri üçün tutulan 30 nəfər hazırda Polis İdarəsində saxlanılır. Onlara qarşı hansı ittihamın irəli sürüləcəyi hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, saxlanılan şəxslərin sayının artacağı da istisna edilmir.

Qeyd edək ki, bu gün «Binə» Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq aksiya keçiriblər. Aksiya polis tərəfindən dağıdılıb.

Bakı şəhər Prokurorluğundan lent.az-a verilən məlumata görə, faktla bağlı Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmış, istintaq aparılır.

"Binə" aksiyasında tutulanları sayı 30-a çatdı - Foto

 

Şərhlər : 1 Şərh yaz
Rocstar 20 yanvar 2013 01:25  
Bu xalqi bu milleti cox incidirler olmaz bele dehal tedbir gorulmese vetendas muharibesi olacaq
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti