MFM şəhidləri yanvarın 19-da andı

19-01-2013, 19:02
Oxunub: 2261


20 yanvar şəhidlərini anmaq üçün Milli Fikir Mərkəzi Şəhidlər Xiyabanını ziyarət etdi.

 

Bu gün saat 15:00-da 20 yanvar şəhidlərinin 23 illik anım mərasimində iştirak etmək üçün Milli Fikir Mərkəzi idarə heyəti və üzvləri Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarətdə iştirak edən MFM idarə heyətilə birlikdə, onlarca gənc də 20 yanvar şəhidlərinin qəbrləri üstünə güllər qoyub.

 

Abidə kompleksinin qarşısında toplanan gənclər şəhidlərin ruhuna dua oxuduqdan sonra, MFM sədri Şəhriyar Məcidzadə gənclərin qarşısında qısa nitq söyləmişdir: "Məlum 20 yanvar hadisəsindən 23 il ötməsinə baxmayaraq, insanlarımız hələ də Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızı yad etmək üçün Bakının ən müqəddəs yeri olan Şəhidlər Xiyabanına axın edirlər. İnsanlarımızın milli şüuru gündən-günə güclənməkdədir. Yüz minlərlə insan şəhidlərimizi anmaq üçün Azərbaycanın hər bölgəsindən bura axın edirlər. Hadisə yanvar ayının 19-dan 20-ə keçən gecə baş verdiyinə görə biz təşkilat olaraq, şəhidlərimizi 19 yanvarda anmağa qərar verdik.

Bu gün biz öz kolonumuzla, sabah isə bütöv xalqımızla şəhidlərimizi yad edəcəyik. Bu gün biz təşkilat, sabah isə xalqın içində sadə bir fərd olacağıq. Şəhidlər Xiyabanı bizim qəhrəmanlıq məbədimizdir. Tanrı şəhidlərimizə rəhmət eləsin və onların əmanət edikləri Azərbaycan dövlətini bizə çox görməsin".

 

 

MFM şəhidləri yanvarın 19-da andı
MFM şəhidləri yanvarın 19-da andı
MFM şəhidləri yanvarın 19-da andı
MFM şəhidləri yanvarın 19-da andı
MFM şəhidləri yanvarın 19-da andı
MFM şəhidləri yanvarın 19-da andı
MFM şəhidləri yanvarın 19-da andı
MFM şəhidləri yanvarın 19-da andı

 

Şərhlər : 4 Şərh yaz
Samir Veliyev 19 yanvar 2013 19:34  
Bu teskilat bir nece ay deyil yaradilib, bunlarin kutlesine bax..Amma yaxsi isleyirler.
Rufane 19 yanvar 2013 19:36  
bunlar da liberaldi?
Aysel 19 yanvar 2013 20:30  
Bu teshkilat Azerbaycanda yegane gencler teshkilatidir ki liberal deyil...Eshq olsun gencler size...bu cixdiginiz yolda ugurlar size...!
Anar 20 yanvar 2013 03:23  
Arzu edirem daha ugurlu prayeklere imza atasiz .S.M ugurlar qaqa kimnedeyir desin men sene ve senin yoldasdarina ugurlar arzulayiram. tesilat temizdi 100%
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti