Musavat.com-u Müdafiə Nazirliyi "vurub"?

19-01-2013, 17:19
Oxunub: 3932


Bu gün musavat.com saytına haker hücumu olub. Artıq Bir neçə saatdır ki, sayt işləmir.

 

Musavat.com-un redaktoru Xalid Kazımlı öz "facebook" profilində yazdığı statusda Müdafiə Nazirliyindən şübhələndiklərini bildirib. Xalid Kazımlı iddia edir ki, sayta olan  kiber hücumun səbəbinin əsgər ölümü ilə bağlı xəbər olub.


"Saytımıza növbəti DDoS hücumu var və artıq iki saatdır musavat.com işləmir. Qəti bilirik ki, bu, "Binə" yarmarkasındakı hadisəni işıqlandırmağımızla bağlı deyil.

İndilikdə Müdafiə Nazirliyindən şübhələnirik. Əsgər ölümü barədə xəbəri yanlış elan edərək çıxarmağımızı tələb etdilər, hədələdilər, biz xəbəri araşdırmağa başladıq və 10-15 dəqiqədən sonra saytın fəaliyyəti dayandı. Hökumət nəhayət kiber cinayatkarlığa qarşı tədbir görməlidir. Belə olmaz."

 

Qeyd edək ki, bundan qabaq da musavat.com-a haker hücumları olub. Bir neçə saatdan sonra saytın fəaliyyəti bərpa edilib.

 

Onu da bildirək ki, DDoS- zərərli proqramların sayıdakı artımdır, anti-virus proqramları tərəfindən çətin tanınır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti