Azərbaycanla Aİ arasında yeni komitə yaradılır

30-10-2014, 19:01
Oxunub: 558


Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni birgə komitənin yaradılması prosesi gedir.

Bu barədə "Trend"-ə eksklüziv açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, yeni yaradılacaq birgə komitə Aİ ilə Azərbaycan arasında sentyabrın 1-dən qüvvəyə minmiş viza rejiminin sadələşdirilməsi haqqında sazişin yerinə yetirilməsinə nəzarət edəcək: "Biz əmin olmaq istəyirik ki, viza rejiminin sadələşdirilməsi haqqında saziş hər iki tərəfə faydalar gətirəcək və hesab edirəm ki, bu, irəliyə doğru atılan böyük addımdır”.

Əməkdaşlığın perspektivlərinə toxunan M.Mard qeyd edib ki, Aİ ilə Azərbaycan arasında tvinninq proqramlarının sayı artırılır: "Aİ üzvü olan müxtəlif ölkələr Azərbaycan tərəfi ilə birgə turizm, pensiya sistemi, ətraf mühit məsələləri və digər sahələrdə əməkdaşlıq yollarını araşdırır”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti