Viza rejiminə nəzarət üçün yeni komitə yaradılır

30-10-2014, 16:40
Oxunub: 450


Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni birgə komitənin yaradılması prosesi gedir. 

Bu barədə Trend-ə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, yeni yaradılacaq birgə komitə Aİ ilə Azərbaycan arasında sentyabrın 1-dən qüvvəyə minmiş viza rejiminin sadələşdirilməsi haqqında sazişin yerinə yetirilməsinə nəzarət edəcək: "Biz əmin olmaq istəyirik ki, viza rejiminin sadələşdirilməsi haqqında saziş hər iki tərəfə faydalar gətirəcək və hesab edirəm ki, bu, irəliyə doğru atılan böyük addımdır”.

Aİ ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunan M.Mard qeyd edib ki, Aİ ilə Azərbaycan arasında tvinninq proqramlarının sayı artırılır: "Aİ üzvü olan müxtəlif ölkələr Azərbaycan tərəfi ilə birgə turizm, pensiya sistemi, ətraf mühit məsələləri və digər sahələrdə əməkdaşlıq yollarını araşdırır”. 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti