Saxta əsginas satıcısı həbs olundu

19-01-2013, 12:54
Oxunub: 3022


Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə gör, Azərbaycanda 27 min manat dəyərində saxta əsginaslar satan şəxs həbs edilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayonunun Nic qəsəbə sakini, əvvəllər məhkum olunmuş Adil Çələbiyev 273 ədəd saxta 100 manatlıq əsginasları 10 000 dollara satarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti