Buşlardan Obamaya sürpriz

19-01-2013, 11:52
Oxunub: 2706


Amerikanın keçmiş prezidenti Corc Buş (ata) və onun oğlu kiçik Corc Buş Barak Obamanın andiçmə mərasimində iştirak etməyəcəklər.

Etatist.com-un ANSPress-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın ikinci müddətə seçilən dövlət başçısı Barak Obamanın inaqurasiya mərasimində iştirakını Bill Klinton və Cimmi Karter təsdiq ediblər. 


Bununla da, Obamanın inaqurasiya mərasimində hazırkı respublikaçı prezidentlərdən iştirak edən olmayacaq.
Corc Buş (ata) xəstəxanadan bu yaxınlarda çıxdığı üçün hələ bir müddətdə yataqda olması məsləhət görülür. Onun oğlu kiçik Corc Buş isə son vaxtlar praktiki olaraq ictimaiyyət arasında az görünür. Qeyd edək ki, Barak Obamanın andiçmə mərasimi yanvarın 21-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti