Satıcılar yolları bağlayıb- VİDEO/ FOTOLAR

19-01-2013, 11:44
Oxunub: 3101


Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirirlər.

 

Sahibkarlardan biri APA-ya bildirib ki, bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar.

 

Hazırda ticarət mərkəzinin rəhbərliyi mağaza sahibləri ilə danışıq aparır. 

 

APA-nın hadisə yerində olan əməkdaşı isə bildirib ki, Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addımın atılmasında məqsəd təhlükəsizlik məqsədi daşıyır. 

 

 

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

 

***

 

saat 11.07

 

Bakı. Hafiz Heydərov, Ramil Məmmədli - APA. Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirirlər.


Sahibkarlardan biri APA-ya bildirib ki, bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar.

 

Hazırda ticarət mərkəzinin rəhbərliyi mağaza sahibləri ilə danışıq aparır.

 

APA-nın hadisə yerində olan əməkdaşı isə bildirib ki, Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addım təhlükəsizlik məqsədi daşıyır.

 

Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstərirlər.

 

Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib. O, aksiya keçirənlərlə danışıqlar aparır.

 

***

Bu gün Binə Ticarət Mərkəzində ticarət məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyasında polis əməkdaşları arasında da xəsarət alanlar olub. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymadan müqavimət göstəriblər: "Nəticədə polis əməkdaşlarına məxsus avtomobillər əzilib, bir neçə polis əməkdaşı ciddi xəsarət alıb”.



S. Bağırov, həmçinin qeyd edib ki, qanunsuz aksiya iştirakçıları arasında saxlanılanlar olub: "Aksiyada iştirak edən şəxslər arasında saxlanılanlar var. Onların dəqiq sayını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hadisəyə mütləq hüquqi qiymət veriləcək, qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər”. 


 ***

Musavat.com-un hadisə yerindəki əməkdaşının məlumatına görə, polis Binə Ticarət Mərkəzindəki üsyanı yatırmağa nail olub. Aksiya iştirakçılarına qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə olunub. Hazırda polis əməkdaşları mərkəzdəki bütün mağazaların bağlanmasını tələb edir, içəridəki sahibkarları isə həbs edirlər. İndiyədək 100-ə yaxın aksiya iştirakçısının saxlanıldığı bildirilir. Saxlanılanlar Bakının müxtəlif rayon polis idarələrinə aparılırlar. 

Satıcılar yolları bağlayıb- VİDEO/ FOTOLAR

 


 

Şərhlər : 1 Şərh yaz
Rocstar 20 yanvar 2013 01:27  
bu millet bu dovletde nifret edir

bu milleti cox incidirler
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti