"Azərsu" Bakının küçələrini "yuyur"

29-10-2014, 14:57
Oxunub: 339


Bu gün səhər saatlarından Bakıda Ceyhun Hacıbəyli və Mikayıl Rəfili küçələrinin kəsişməsində içməli su kəməri partlayıb və su bir neçə küçədən axaraq Azadlıq prospekti ilə şütüyən avtomobillərin təkərlərini yuyur.

"Azərsu” ASC-də qəza haqqında "Turan" İA-nın müraciətindən sonra - saat 10:15 radələrində xəbər tutublar.

Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, qəza baş verən sahədə təmir işləri "Azərsu” ASC tərəfindən təxminən 10 gün olardı aparılırdı. Ərazidəki binalara suyun verilməsi 2 gün dayandırılmışdı. İki gün əvvəl isə Nəsimi Rayon İcra Hakimiyyətinin təmir briqadası su borusunun üstünü asfaltla örtüb.

Bakıda içməli su və kanalizasiya borularının dağılması təsadüfi hal deyil. Bir çox hallarda təmir işləri keyfiyyətsiz aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti