Hərbi hissəyə məxsus "ZİL" qəzaya düşdü

19-01-2013, 11:22
Oxunub: 1367


Azərbaycanda hərbi maşın qəza törədib.

 

Bu barədə APA-ya Ağdam rayon Polis Şöbəsindən bildirilib. Hadisə ötən gecə Ağdam rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə məxsus "ZİL-130” markalı yük maşını "VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ-21011” markalı maşında olan iki nəfər xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti