Zakir Qaralov görüş vaxtını dəyişdi

29-10-2014, 14:10
Oxunub: 702
Görüş noyabrın 27-nə təyin olunub


Baş prokuror Zakir Qaralovun vətəndaşlarla görüş vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, baş prokuror Zakir Qaralov tərəfindən Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların oktyabrın 31-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Görüş noyabrın 27-nə təyin olunub.

Qəbul həmin gün saat 11:00-da Tərtər Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti