Ruslar 37-ci ilin qayıtmasını istəyir

29-10-2014, 13:29
Oxunub: 291


Rusiya əhalisinin yarısı 1930-cı illərdə həyata keçirilmiş Stalin repressiyalarının təkrarlana biləcəyinə inanır. Avropa.info Rusiya mətbuatına istinadən xəbər verir ki, rəyi soruşulan rusların 48%-i bu fikirdədir. Cəmi 25% əmindir ki, bu baş verə bilməz.

Bir çox rusiyalı hesab edir ki, 37-ci il repressiyaları nəinki təkrarlana bilər, hətta lazımdır. Onlar məmurların, daxili və xarici sərt cəzalandırılmasını tələb edirlər. Repressiyalarsız cəmiyyətdə qayda-qanunun yaradıla bilməyəcəyinə inanırlar.

16% rus isə keçən əsrin 30-cu illərində baş verənləri ümumiyyətlə repressiya saymır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti