Saatlıda tövlə yandı

19-01-2013, 09:39
Oxunub: 826


Etatist.com-un Fövqəlladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, A.Abuzərov küç vətəndaşa məxsus ümumi sahəsi 98 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır.

 

Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın zamanı 1 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olmuş, 2 baş iribuynuzlu heyvan isə yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Yanğın saat 06:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti