Poroşenko Bakıdakı seçkilərdə uduzdu

27-10-2014, 14:47
Oxunub: 640


Ukrayna parlamentinə növbədənkənar seçkilərin nəticələrinə görə, Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşlarının əksəriyyəti Qarşılıqlı Yardım Partiyasına səs veriblər.

Bu barədə "Trend"-ə Ukraynanın Azərbaycandakı səfirliyi yanında yaradılan Seçki Komissiyasından bildiriblər.

68 seçicidən 17-si Qarşılıqlı Yardım Partiyasına səs verib. İkinci yeri "Petro Poroşenkonun bloku" (15 səs) tutur.

Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) saat 10:00-a olan məlumatına görə, Ali Radaya növbədənkənar seçkilərdə bülletenlərin 28,95 faizinin hesablanmasından sonra baş nazir Arseniy Yatsenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyası səslərin 21,67 faizini toplayıb. "Petro Poroşenkonun bloku" 21,60 faiz, Lvov meri Andrey Sadovının rəhbərlik etdiyi Qarşılıqlı Yardım Partiyası 10,75 faiz, Yuri Boykonun "Müxalif blok"u 9,62 faiz, Oleq Lyaşkonun Radikal Partiyası 7,53 faiz, Yuliya Timoşenkonun Batkivşina Partiyası isə 5,82 faiz səs toplayıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti