Gənclərin tələbi yerinə yetirildi...

24-10-2014, 15:57
Oxunub: 922
"Təhsil Nazirliyi qarşısına təyin etdiyimiz aksiyada qoyacağımız tələblərin yerinə yetirilməsini nəzərə alıb aksiyanı dayandırırıq"


Etatist.com-a qarşı 50000 manatlıq məhkəmə iddiası qaldıran 283 saylı orta məktəbin direktoru Şükufə Axundovanın iddiasını geri götürməsi ilə bağlı verdiyi açıqlamadan sonra gənclərin Təhsil Nazirliyinin qarşısına təyin etmiş olduğu aksiya da ləğv olundu.


Etatist.com internet qəzetinin baş redaktoru sayta açıqlama verərək bildirib ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli onunla əlaqə saxlayaraq məsələnin nazir Mikayıl Cabbarovun diqqətinə çatdırıldığını deyib:

"Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət müəllim mənimlə əlaqə saxladı və bildirdi ki, məsələ nazirin diqqətinə çatdırılıb və şəxsən onun nəzarətindədir. Bundan başqa 283 saylı orta məktəbin direktoru Şükufə Axundova da iddia ərizəsini geri götürəcəyi ilə bağlı açıqlama verib. Mən hesab edirəm ki, məsələyə obyektiv qiymət verildi və haqq öz yerini tapdı. Bütün bunları və Təhsil Nazirliyi qarşısına təyin etdiyimiz aksiyada qoyacağımız tələblərin yerinə yetirildiyi nəzərə alıb aksiyanı dayandırırıq".


Xatırladaq ki, 283 saylı orta məktəbin direktoru Şükufə Axundova, keçmiş qudası ehtiyatda olan polkovnik Ziyadxan Bəkirovun onun haqqında prezidentə ünvanladığı şikayəti yayımladığına görə Etatist.com internet qəzetini məhkəməyə vermişdi. Bundan sonra gənclər oktyabr ayının 25-nə Təhsil Nazirliyinin qarşısına aksiya təyin etmiş və virtual aksiyaya başlamış və "Ölü təhsil - ölü nəsil" adlı tədbir keçirmişdi. Bütün bunlardan əlavə ölkənin ziyalıları Etatist.com-un müdafiəsinə qalxmışdı. Şükufə Axundova isə Etatist.com-la əlaqə saxlayaraq, sonra isə müsahibə verərək sayta qarşı qaldırmış olduğu iddianı geri götürəcəyini bildirib.

Etatist.com

Elvin Mahmudov

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti