TANAP təsdiqləndi

18-01-2013, 19:04
Oxunub: 2155


Azərbaycan prezidenti İlham Əliyev TANAP (Trans-Anadolu qaz boru kəməri) layihəsi ilə bağlı Azərbaycan-Türkiyə sazişini təsdiqləyib.

 

ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qeyd edək ki, bu saziş 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanıb.

Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 milyard kubmetrin 10 milyardı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.

Hazırda layihədə iştirak payının 80 faizi Azərbaycan Dövlət Neft Şirkətinə, 20 faizi isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29 faizini BP, "Statoil” və "Total” şirkətlərinə təqdim etmək niyyətindədir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti