“ABŞ yer kürəsini məhv edir”

23-10-2014, 14:20
Oxunub: 425


Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı yer kürəsini məhv etməkdə ittiham edib. 

AzNews.az xəbər verir ki, president ABŞ hökumətinin yeni neft çıxarma metodunu vəhşilik adlandırıb:

"ABŞ artıq neft çıxarmaq üçün yeni metodlardan istifadə etməyə başlayıb. Bu üsullar yer kurəsinə çox ziyanlıdır. Amerika gündə 9.5 milyon barel neft istehsal edir. Bu isə yer kürəsində atmosferin çirklənməsinə səbəb olur”.

Maduro ABŞ-ın bu addımının neft satışında rəqabətin pozulması ilə nəticələndiyini vurğulayıb. 

Qeyd edək ki, Venesuela prezidenti bu məsələni OPEK-in keçirəcəyi iclasa çıxararaq orada müzakirə olunmasını tələb edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti