Tanınmış türkiyəli aktrisa Bakıda zəhərləndi

18-01-2013, 16:06
Oxunub: 2223


Yanvarın 17-də Bakıya təşrif buyuran türkiyəli aktrisa Aydan Şenerin zəhərlənməsi ilə bağlı xəbər yayılıb. Gun.az bildirir ki, yerli mətbuatda Aydan Şener üçün dünən axşam saatlarında həkim çağırıldığı haqda məlumat yer alıb.

Yazılana görə, balıq yeyən aktrisa gecə saatlarında özünü pis hiss edib. Buna görə də təcili yardım çağırılıb. Həkim aktrisaya zəhərləmə diaqnozu qoyub. Hazırda Bakıda rejissor Şahin Zəkizadənin "Həkimlər” serialından dolayı olan aktrisanın durumu ilə maraqlandıq.
Ş.Zəkizadə Gün.Az-a açıqlamasında xəbərin yalan olduğunu söylədi. Əlavə etdi ki, hazırda A.Şener aktyor və çəkiliş qrupu ilə çəkiliş meydançasındadır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti