Qadının maşınını yandırıbmışlar

18-01-2013, 14:59
Oxunub: 597


Keçən il Bakıda törədilmiş cinayət hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2012-ci ilin noyabr ayının 22-də Nərimanov rayonu ərazisində yaşayan Mənzər Hüseynovaya məxsus "Hyundai" markalı avtomaşında yanğın baş verib. Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb. Araşdırmalar zamanı hadisənin şəhər sakini Faiq Əsgərov tərəfindən törədilməsi müəyyən edilib.


F.Əsgərov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən tutulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti