Səfirliklər musiqi axşamı və film nümayişi təşkil edəcək

18-01-2013, 12:55
Oxunub: 1042


Almaniya ilə Fransa arasında barışıq rəmzi olan Yelisey Müqaviləsinin 50-ci ildönümü münasibətilə bu ölkələrin Azərbaycandakı səfirlikləri yanvarın 23-də musiqi axşamı, yanvarın 24-də film nümayişi təşkil edəcək.

 

Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 23-də keçiriləcək konsertdə fransız və alman bəstəkarlarının əsərlərindən seçilmiş repertuar, klassik və caz musiqi səslənəcək. Yanvarın 24-də isə məşhur alman rəqqasə və xoreoqrafı Pina Bausch haqqında Wim Wendersin "Pina" sənədli filminin nümayişi keçiriləcək.

 

Hər iki tədbir Kapellhaus konsert zalında keçiriləcək. Tədbirlərə giriş sərbəstdir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti