"Əhalinin gəlirləri 13.8 faiz artıb"

18-01-2013, 12:28
Oxunub: 1171


Azərbaycanda əhalinin gəlirləri əvvəlki illərlə müqayisədə ötən il 13.8 faiz artıb.

Bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə əhalinin gəlirləri 34.7 mlrd manata çatıb. Adambaşına düşən məbləğ isə 12.2 faiz artaraq 3784.3 manata çatıb. Gəlirlərin 61 faizi son istehlaka, 8.6 faizi vergilər, sosial sığorta və könüllü üzvülük haqlarının ödənilməsinə, 29.3 faizi isə manətlərin və kapitalın artırılmasına sərf olunub.

Komitə rəhbəri deyib ki, ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2011-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9.1 faiz çoxalaraq 391.4 manat təşkil edib. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olub və sənayedə 598 manat, tikinti kompleksində 574.3 manat, nəqliyyat işçilərinin əmək haqqı 499.3 manat, informasiya və rabitə 620.7 manat təşkil edib.

Xəzərxəbər

Şərhlər : 1 Şərh yaz
namig 6 iyul 2013 02:01  
yalan deyirsense lenet sene.senin gelirini demirem.ehalinin nezerde tuturam
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti