"Uaz" qar çovğununda qaldı

18-01-2013, 11:06
Oxunub: 1223


Etatist.com-un Fövqəlladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonu, Qaraqollar kəndində "UAZ” markalı minik avtomobili gecə saatlarında qar çovğununa düşərək yoldan çıxmış və içərisində olan 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər həmin avtomobili təhlükəsiz əraziyə çıxarmış, sürücü və sərnişini Təcili Tibbi Yardım Xidmətinə təhvil vermişlər. Əməliyyat saat 01:28-də başa çatmışdır
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti