"5 qəpik" aksiyasına görə saxlanılanların məhkəməsi olub

18-01-2013, 10:58
Oxunub: 1673


Azərbaycan ordusunda əsgər ölümlərinə etiraz edən aksiyaçıların cərimələnməsinə etiraz olaraq 16 yanvarda iki gənc Fəvvarələr Meydanında könüllü dilənmək aksiyası keçiriblər. Bu zaman onları polis saxlayıb. Gənclərin harada olması ilə bağlı valideynlərinə məlumat verilməyib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Bizimyolinfo.com"-a açıqlamasında gənclərin saxlanılmasını təsdiqləyib. O deyib ki, Mehman Zaməddinov və Nadir Haqverdiyev 16 yanvarda könüllü dilənmək aksiyası keçirdiklərinə görə Səbail Rayon 9 saylı Polis Bölməsinə gətiriliblər. "Onlar haqqında inzibati qaydada protokol tərtib olunub. Gənclər İnzibati Xətalar Məcəlləsinin 307.1-ci maddəsi ilə ittiham olunurlar. İş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib"- DİN rəsmisi deyib.

Bu gün iki nəfər gəncin məhkəməsi keçirilib. DİN-in sözçüsü "Bizimyolinfo.com"-a məlumat verib ki, Mehman Zaməddinov və Nadir Haqverdiyev Səbail rayon Məhkəməsinin qərarı ilə xəbərdarlıq alaraq sərbəst buraxılıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti