Əlil kişi diri diri yandı - Faciə

18-01-2013, 10:52
Oxunub: 1359


Yanvarın 17-də Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib. Dövlət Yanğından Mühafizə xidmətindən Lent.az-a verilən məlumata görə, Həzi Aslanov küçəsi 43 ünvanında yanğın qeydə alınıb. Nəticədə mənzildəki yataq dəsti və ev sahibi, 1941-ci il təvəllüdlü Teymurov Niyazi Tahir oğlu yanıb. 72 yaşlı kişi elə yataqdaca yanaraq ölüb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, 72 yaşlı N.Teymurov əlildir və ailə qurmayıb. O, uzun müddət imiş, tənha yaşayırmış və yanvarın 17-də yatarkən sobadan onun yatdığı çarpayıdakı yataq dəstinə yanğın keçib. N.Teymurov elə yataqdaca yanıb.

Faktla əlaqədar araşdırmalar aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti