Azərbaycanlı pasportu alan erməni rus dilində danışdı - VİDEO

18-01-2013, 10:49
Oxunub: 7217


Azərbaycanda yaşayan 3 erməniyə Azərbaycanın şəxsiyyət vəsiqəsi verildi. Bu da onu göstərir ki, Azərbaycanda ermənilərin bildirdiyi kimi ermənifobiya yoxdur. Miqrasiya Mərkəzindən aldığımız məlumata görə, bu günə qədər Azərbaycanda yaşayan 10 erməni şəxsiyyət vəsiqəsi alıb. Bu isə bir daha ölkəmizdə tolerantlığın göstəricisidir.

Janna Şahmuradyan və qızı Nizami rayon Polis İdarəsinə qarşı şəxsiyyət vəsiqəsinin verilməsi barədə iddia ilə məhkəməyə müraciət edib. Onlar qeyd ediblər ki, doğulandan Bakıda yaşayıblar və yaşayış yerini heç bir zaman tərk etməyiblər. Jannanın sözlərinə görə, öz günahı ucbatından uzun müddət heç bir orqana sənəd almaq üçün müraciət etməyib. 2011-ci ildə isə Nizami rayon Polis İdarəsinə müraciət edib və ona məsələni məhkəmə yolu ilə həll etmək tövsiyə olunub. Azərbaycan Miqrasiya Mərkəzi vasitəsilə hüquqi yola əl atan qadının iddiası məhkəmə tərəfindən təsdiq olunub və Nizami rayon polis şöbəsi tərəfindən qadına şəxsiyyət vəsiqəsi verilib.

Miqrasiya Mərkəzinin hüquqşünasının sölərinə görə, Azərbaycanda sənədsiz yaşayan ermənilərin bəziləri milli soyadla yaşasalar da, erməni soyadıyla sənəd almaq istəyənlər də var və onlara təmənnasız hər cür hüquqi yardım göstərilir.

Hüquqşünas Asiman Nəsirli bu məsələyə belə münasibət bildirib: "Ümumiyyətlə, Azərbaycanda 33 minə qədər erməninin olduğu deyilir. Bizim hesablamalarımıza əsasən isə sənədsiz insanlar on minlərlədir, ancaq konkret bizə müraciət edən mənşəcə erməni olan 30-40 nəfər var ki, onların sənədi yoxdur. Biz çalışırıq ki, etik mənsubiyyətindən asılı olmayaraq hər kəs sənəd ala bilsin”.

Janna Şahmuradyanın sözlərinə görə, özü şəxsiyyət vəsiqəsi alsa da, qızının işi hələ də məhkəmədədir. Onun da səxsiyyət vəsiqəsi alması üçün Miqrasiya Mərkəzi hüquqi yardım göstərir. Qadın hazırda növbəti sənəd kimi xarici pasport almaq niyyətindədir. Jannaya şəxsiyyət vəsiqəsinin verilməsi və digər mənşəcə erməni olan sənədsiz vətəndaşların da problemlərinin gündəmə gəlməsi isə erməni tərəfinin Azərbaycanda ermənifobiyanın olması haqda iddialarını boşa çıxarır. Onlar ölkənin əsas sənədini almaqla vətəndaşlıq statuslarını bərpa edir və qanunun onlara icazə verdiyi hüquqlardan yararlanmaq şansı əldə edirlər.

 

Şərhlər : 3 Şərh yaz
aysel 18 yanvar 2013 11:42  
bahooo.guya ki duz elamisiniz.ilanin agina da lenet qarasina da.1esr sonra bunlar torayib 100min olarlar.sonra yena torpaq iddiasina qalxarlar.bu olkeni parca parca etmayi qarshiniza qoymusunuz.
ERKA 18 yanvar 2013 15:27  
BIZ NIYE BU QEDER YALTAGIQ?????????????? BU DIGALARA AZERBAYCAN PASPORTU O HALDA VERILMELIDIR KI, BUNLAR AZERBAYCAN DILINDE DANISSINLAR!!!!!!!!!!!! KONSTUTSIYANI NIYE ?????????? ALMIRSINIZ??????????
sirr 18 yanvar 2013 15:37  
Sexsiyyet vesiqesini vermemisden evvel onlari hec olmasa ana dilimizde bir imtahan zad edeydiniz....
p.s. mence cox ayib ve sual:- bes bizimkiler oz dogma torpaqlarina qayitmaq isteyirmi?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti