Ramin Hacılı

17-01-2013, 18:51
Oxunub: 4582
Əsgər ölümünü kim istəyir?!


Yenidən doğulmaq üçün etiraf etmək lazımdır. Etiraf səhvin düzəldiləmə reseptidir. Enişteyin deyir ki, əgər eyni yolla fərqli nəticə əldə etməyə cəhd edirsənsə axmaqsan. Yolu (metodu) dəyişməyin bir başlanğıcı var: ETİRAF! 

  

12 yanvar 2013-cü ildə Azərbaycan vətəndaşları əsgər ölümlərinə, "dedovşina"ya, ordudakı özbaşınalığa son verilməsini istədilər. Bunun üçün sosial şəbəkələrdə çağırışı edən də, ora toplananlar da daha çox sadə vətəndaşlar idi. Ortada ictimai istək var idi. Bu ictimai istəyi siyasiləşdirmək istəyən Azərbaycan höküməti və onun aftafasına su tökənlər oldu. Minlərlə insanın arasından məhz siyasiləri həbs etmək, "səhvən" həbs olunmuş qeyri - siyasiləri polis bölməsindən sərbəst buraxmaq və siyasiləri məhkəmə qarşısına çıxarmaq aksiyaya siyasi don geyindirmək məqsədi daşıyırdı. Lakin, bu heçdə uğurlu alınmadı. Azərbaycan müxalifətindən kimlərsə Əl - Qaidə kimi hər partlayan bombanı öz üzərinə götürməsə hakimiyyətin planı heç baş tutmayacaqdı. Dünya mediasına yalnış informasiyalar ötürən, aksiya iştirakçılarını Yeni Azərbaycan Partiyasının qarşısına aparan və siyasi şüarlar qışqıran insanlar xalqın haqqına girdi. Bunu etmək olmaz! Xalq haqqını yeyənləri dəstəkləməz və sevməz!

  

Gələk etiraflara:
1. Hazırda Azərbaycanda heç bir siyasi qüvvə, lider və ya birləşmiş siyasi liderlər o qədər insanı küçəyə çıxaracaq gücdə deyil.
2. Cəmiyyətin 5 qəpiklər toplayıb, onlarla çiyin - çiyinə dayanan gəncləri qorumasını yalnız vətəndaş təşəbbüsü doğa bilərdi və belə də oldu.
3. Cəmiyyət hakimiyyəti dəyişmək üçün deyil, məhz ordudakı problemin həll olunması üçün meydanda idi.

  

Azərbaycan hakimiyyəti növbəti dəfə vətəndaşları dinləməzdən gəldi. Bu dəfə dinləmək istəyənlər məmurlar oldu. Amma hakimiyyətin sonda yekdil qərarı xalqdan tərəf deyil. Əmin olun ki, bunun səbəbi hakimiyyətə daha çox özünü göstərmək istəyən keçmiş radikal müxalifətçilərdi. Onlardan biri də sərsəm bir yazı yazmışdı. Həbsxanada olanda hamımızın müdafiə etdiyi şəxs, şəxsiyyət olmaqdan çıxıb hakimiyyətə daha yaxın görünmək üçün, onu müdafiə edənləri belə öldürməyə hazırdı. Müxalifət mediası onun fikirlərinə böyük yer ayırdı. Yenə bizim adımızın üstünə öz əllərindəki çamuru atmaq istədilər. 

Bütün baş verənlər bir şeyə xidmət edir; Cəmiyyəti ümidsizləşdirmək, inamsız və çıxılmaz vəziyyətə salmaq. Adətən bunun üçün cəmiyyətə ya yalan informasiyalar vermək, ya informasiya blokadasında saxlamaq, ya da çox informasiya vermək lazımdır. Azərbaycanda ən təhlükəli metod seçilib – çox informasiya ilə çaşqınlıq yaratmaq. Eyforiya virusundan qorunmağın tək yolu həqiqəti etiraf etməkdi.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti