Bir əsgərin də başına faciə gəldi

17-01-2013, 16:50
Oxunub: 2560


Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. Anspress-in məlumatına görə, Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin qarın boşluğundan güllə yarası aldığı bildirilir. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur. 

Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti