Təcavüzdə ittiham olunan başçı haqqında məktub- ŞOK

18-01-2013, 14:05
Oxunub: 11190


Dünən etatist.com-un redaksiyasına gələn, bir müddət əvvəl Zərdab Rayon İcra başçısı Lütfəli Babayevi təcavüzdə ittiham edən Şəfəq Səfərəliyevadan boşanmış həyat yoldaşı Səfərəliyev Yaqub Aydın oğlu və onun oğlu Aydınlı Aydın Yaqub oğlu, məlum hadisə ilə bağlı başlarından keçən hadisələr barəsində yazı təqdim ediblər.

Səfərəliyev Yaqub Aydın oğlunun imzası ilə bizə təqdim edilən həmin, müraciəti məsələyə adiyyatı olmayan hissələrini ixtisar etməklə təqdim edirik:
Mən 1989-cu ildə Şəfəqlə rəsmi nikaha daxil olmuşam. 14.04.1998-ci ildə boşanmışıq.
Belə ki, Şəfəqin valideynlərinin təkidi ilə biz boşanmışıq. Təxminən 2-3 ay aralandıqdan sonra yenidən barışaraq bir yerdə yaşamışıq. Şəfəq öz hüquqlarını bildiyindən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin rayondaki qanunsuz hərəkətlərinə tez-tez etiraz edirdi. Lütvəlinin müavinlərindən biri olan Pərvin Mahmudova Şəfəqlə tez-tez əlaqə saxlayırdı. Məhz Lütvəlinin yanına Şəfəqin getməsini o, təşkil etmişdi. 2011-ci ilin təxminən 3-4 sentyabrında Şəfəqlə Lütvəli Babayev arasında olan məlum hadisə baş verəndən sonra Şəfəq evə gəlib mənim ayaqlarıma döşəndi, ağladı və dedi ki, mən sənə layiq qadın deyiləm. O, bunu deyib çıxıb getdi. Səbəbini isə demədi. Mən bunu onun qadın kimi xəstəliyi ilə əlaqələndirdim. Belə ki, o, vaxtı ilə əməliyyat olunmuşdu və onun uşaqlığı çıxarılmışdı.

"Siz dəliqanlısınız onu öldürməyin ha"
O, məni tərk edib gedəndən təxminən 10 gün sonra Lütvəli məni, bacımı, onun yoldaşını və oğlum Aydını yanına çağırdı. O, məni Şəfəqə qarşı qaldırmaq üçün əlindən gələni etdi.
Belə ki, o, mənə və oğluma "siz dəliqanlısınız onu öldürməyin ha" dedikdən sonra bildirdi ki, guya Şəfəq onun yanında olarkən məni söyüb, evə tez-tez içkili gəldiyimi ona bildirib. Bundan başqa guya Lütvəli Babayevin məni işlə təmin etməsinə də Şəfəq mane olurmuş. Sonra isə o, bildirdi ki, Şəfəqə öz qohumları tərəfindən əxlaqsız təkliflər olub. Mən, ondan hansı qohumunu soruşduqda o, mənə bir nəfərin adını çəkdi. Mən ona dedim ki, o, ağsaqqal 80 yaşlı bir kişidir. Özüdə onun dost-doğma əmisidir. Burada onun bir yalanı üzə çıxdı. Sonra o, mənə dedi ki, Şəfəqin onda çoxlu sevgi mesajları var. Mən ona baxmaq istəyəndə o, dedi ki, sonra göstərərəm. Dedi ki, əgər göstərsəm qorxuram ki, onu öldürəsən. Mən oradan çıxanda Lütvəli məndən izahat verməyimi xahiş etdi. İzahatımda mən göstərməli idim ki, həqiqətən Şəfəq başdan xarabdır və əxlaqsızdır. Bunun müqabilində o, mənə dedi ki, Prezident rayona (sentyabr 2012-ci il) gəlib getdikdən sonra o, mənə və oğluma yaxşı iş verəcək. Otaqdan çıxanda mənə dedi ki, izahatı vermək yadından çıxmasın. Mən izahat vermədim və məsələni özüm aydınlaşdırmaq istədim. 
Oğlum Aydın anasının yanına gedib məsələni olduğu kimi anasından öyrənib, səsini yazıb mənə gətirdi. Səsə qulaq asandan sonra Şəfəqin tam günahsız olduğu mənə Aydın oldu. Oğlum Aydının anasından xəlvəti yazıb mənə gətirdiyi səs məndə hələ də durur. Şəfəqin həmin səs yazısı məndədir və istənilən vaxt məhkəməyə təqdim edə bilərəm. Lütvəlinin isə "sevgi mesajı" adlandırdığı həmin mesaj isə onun başına gələn hadisədən sonra başçıya bildirdiyi iradlar olub. Azərcell-dən həmin "raspeçatka" tələb olunsa hər şey aydın olar.
Mənə Şəfəqin, "mən sənə layiq deyiləm deyiləm" deyib çıxıb getməsinin səbəbi sonradan aydın oldu.

"O, məni arvad, oğlanlarımı isə "ana qatili" olmağa təhrik etmək istəyib.”
Mən İB-nın bizi yanına çağırmaqda məqsədini sonra anladım. Onun danışığından belə başa düşdüm ki, o, məni arvad, oğlanlarımı isə "ana qatili" olmağa təhrik etmək istəyib. Məni isə vəzifə adı ilə şirnikləndirərək ailəmə qarşə qoymaq istədi... Lütvəli ilə görüşün səsyazması məndə durur. Onu hər an istənilən dövlət orqanına təqdim edə bilərəm. Biz, Lütvəli ilə görüşdükdən sonra oğlum intihar etmək istədi. Çox böyük çətinlikdən sonra mən qoymadım. Mənim ailəm dağıldı. Papağımı yerə soxdular. İndi də məni qatilmi etmək istəyirlər? Bir qadını tutdurmaqda onun məqsədi, Zərdabda onun törətdikləri əməlləri ört basdır etməklə, digər şəxslərə Şəfəqi görk etmək istəyib (yazıda belə yazılmışdı nə demək istədiyini başa düşmədim. Həbib) Şikayətçilərə "gözü çıxmış qurdun" dərsini vermək istəyib.
2011-ci ilə qədər biz Şəfəqlə bir yerdə yaşamışıq. Mən həmin pensiyanın sosial pensiya olduğunu bilmişəm. Amma onun pensiya düzəldilməsini xəstəliklə bağlı aldığını bilirdim. Mən Lütvəlinin yanına getməzdən qabaq 2011-ci il korrupsiyanın Şəfəqi pensiya məsələsi ilə bağlı yoxladığını eşitdim. Həmin hadisədən 3-4 gün sonra isə Lütvəli bizi yanına çağırmışdı.
Mənə sonradan məlum oldu ki, bütün bu işlər Lütvəli tərəfindən silsilə şəklində sifarişlə gedib. 

"Hətta həmin hadisədən sonra o, qarışıq dərman içərək intihar etmişdi.”
Bekə ki, əvvəl pensiya məsələsi ortaya atılmaqla məqsəd Şəfəqə qarşı zorakılıq məsələsindən uzaqlaşdırmaq olub. Qeyd edim ki, Şəfəq məlum hadisədən sonra bərk stres keçirmişdi. Özünü-sözünü bilmirdi. Rayon, yerli əhali arasında özünü təhqir edilmiş hiss edirdi. Hətta həmin hadisədən sonra o, qarışıq dərman içərək intihar etmişdi. Ona tibbi yardım edilərək Bakıya çatdırılması tövsiyyə edildi. Şəfəqin dediyinə görə o, Lütvəlinin kabinetindən ağlaya-ağlaya çəxandan sonra Milli Təhlükəsizlik Nazirliyinin Zərdab rayon şöbəsinin rəisi Mübarizin yanına getmiş, orada zorakılığa məruz qaldığını bildirmiş və bu barədə ərizə də yazmışdır. Lakin Mübariz (MTN Zərdab r-u şöbəsinin rəisi) onu tam arxayın edərək Lütvəlini 2-3 güna əli qandallı gətirəcəyini bildirib və ona tapşırıb ki, bu məsələdən heç kim xəbər tutmasın. Hətta o, Şəfəqə demişdirki, "bilirsən onun arxasında kim durur?"
Şəfəq soruşduqda o, Prezident aparatında yüksək vəzifəli bir məmurun adını çəkmişdir. O da həmin məmuru tanımadığı üçün "Azərbaycan saatı" -da müsahibəsində Mübarizin ona dediyi həmin şəxsin adını çəkmişdir. Mübariz onu tam əmin edərək, 3 gün ləngidib. Görünür Mübariz başçı ilə əlaqə yaratmış və çıxış yolunu isə ona vaxtı ilə düzəldilən saxta pensiyanın üzə çıxarılmasında görüblər. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinda MTN-nin Zərdab şöbəsinin təqdimatı əsasında Şəfəqin pensiya məsələsinin araşdırılmasına göstəriş verilib. Şəfəqin Mübarizə yazılı verdiyi ərizəyə niyə baxılmayıb və həmin ərizə haradadır? Bütün bunlardan görünür ki, MTN-nin şöbəsi prokurorluq və Polis İdarəsi Lütvəliyə işləyir. 
Hətta Şəfəq dəfələrlə Baş Prokurorluğa şikayət etmək üçün gələndə ona orada demişdilər ki, sən sifarişli "məhkumsan". 

"Cinayəti törədənlər, cinayətə rəvac verənlər qıraqda qaldı”
Korrupsiya nəyi araşdırdı?
Cinayəti törədənlər, cinayətə rəvac verənlər qıraqda qaldı, necə deyərlər "ağacın kökünü qoyub budağını silkələdilər". Şəfəqə isə cinayət işi açdılar. Mətbuata və "Azərbaycan saatın"-da çıxdığına görə. Şəfəqə bundan sonra İcra Başçısından hədələr gəlməyə başladı. 
Məhz bu hədələrdən sonra Şəfəq MTN-ə, DİN-ə və Respublikanın Prezidentinə onun təhlükəsizliyini təmin etmək üçün 28,29,30 avqust tarixlərində teleqramlar göndərirdi. Bu tarixlərdə xəbərnamələrin ünvan sahiblərinə çatması barədə xəbərnamələr gəlməsinə baxmayaraq bir adam bu hədələrlə bağlı Şəfəqi niyə çağırıb dindirməmişdir? Niyə onun müraciətlərinə bu günə kimi baxılmadı?
Niyə bu vəzifəli şəxslər cinayət məsuliyyətindən kənarda qalıblar?
Doğulmayan bir uşağa doğum evinin müdiri Sima xanım arayış verməklə, pasport stolun rəisi Şəfəqin anadan olduğu 1961-ci il təvəllüdünü dəyişərək, 1954-cü il etməklə və eləcə də Zərdab Qeydiyyat Şöbəsinin müdiri 13 il keçdikdən sonra ona doğum şəhadətnaməsi verməklə cinayət törətdikləri halda niyə bu vəzifəli şəxslər cinayət məsuliyyətindən kənarda qalıblar?
Onuda qeyd edim ki, 07.10.2012-ci il tarixində Prezident Zərdaba gələndə Şəfəqin evi rayon polis işçiləri tərəfindən mühasirəyə alınmışdı. Hətta polis oğlunu belə çölə buraxmamış, ev dustağı etmişdir.
Məhkəmə ərəfəsində Şəfəqin istədiyi Sanitar Epidemiologiya Stansiyasının baş həkimi Rəşad, Şəfəqə bildirib ki, Lütvəlinin qaldırdığı məhkəmə prossesinə getməsin. Sən iclasda iştirak etməlisən. Bu İcra başçısının göstərişidir. Hər şeyi icra başçısı özü yoluna qoyacaq. Elə həmin günü 30-a yaxın polis işçisinin müdaxiləsi ilə onu iş yerindən götürərək 17:00 radələrində əli qandallı Bakıya məhkəməyə gətirmişlər. 
Şəfəqlə Kürdəxanıda görüşdüm.

"DİN-də Şəfəqi gözləyiblərmiş”
Belə ki, Şəfəqin 30-a yaxın polis işçisi tərəfindən məhkəməyə gətirilməsi barədə AZ.NEWS-da yazılandan, sonra DİN məsələyə münasibət bildirərək Şəfəqi Daxili İşlər Nazirliyinə dəvət ediblər, onu nazir qəbul edəcəkmiş.
07 dekabr 2012-ci il tarixində DİN-də Şəfəqi gözləyiblərmiş. Şəfəqə rayondna zəng gəlib. Telefonda Zərdab rayonu Polis şöbəsinin rəisi Elnur, Şəfəqlə danışıb. Deyib ki, ora getmə. Hacıqabuldayam, indi Bakıya çatıram. Məni gözlə, ora getmə, uşaqlarını işlə təmin edəcəyəm. Günün ikinci yarısında saat 15:00-da Lütfəlinin iddiası əsasında Şəfəqin məhkəməsi oldu, onu həbs etdilər. Bu da belə.
Məhkəmədə şahid qismində Lütvəlinin tabeliyində olan, İcra Hakimiyyətində işləyən Pərvin Mahmudova iştirak edib. Bu həmin Pərvin Mahmudovadır ki, vaxtilə Şəfəqi Lütvəlinin yanına çağıranlardan biri o olub. 
Şəfəqin dediyinə görə, məhkəmədə onun əleyhinə şahidlik edən ikinci şəxs Əli Əkbərov olub. O, vaxtilə toylarda oxuyan olub. Hal-hazırda SMU-21-ə direktor təyin edilib. Vaxtilə oğlu Nicatı qazetdə satışa çıxaran həmin Əlinin oğlunu 3-4 ay olar ki, musiqi məktəbinə direktor qoyub. Halbuki, onun natamam ali təhsili var. Əlinin özünün heç bir ali təhsili yoxdur. Qızı mədəniyyət şöbəsində işləyir. Kiçik oğlu Əlif isə əsgəri xidmətini bitirib. Musiqi məktəbində işlə təmin olunmasının səbəbi, şahidliyinə mükafatdır.
Lütvəlinin vəkilinin dediyindən: "Şəfəq, İcra Başçısından 5000 manat pul istəyib." O, vermədiyinə görə Şəfəq belə edib. Maraqlıdır arvad öz doğma ərindən 5 manat ala bilmir indiki zamanda. Adi bir vətəndaş, heç bir vəzifə səlahiyyəti olmayan bir qadın, o boyda İcra Başçısından o qədər pulu necə tələb edə bilərdi? Mənim ailəm dağıldı. Mənə olan oldu.

İmza: Səfərəliyev Yaqub Aydın oğlu
 
Etatist.com olaraq qarşı tərəfin də fikirlərini yayımlamağa hazırıq.
Şərhlər : 12 Şərh yaz
genceli 17 yanvar 2013 21:40  
ay kiwi wer atmayin ayibdi
NASIMI 13 18 yanvar 2013 17:42  
TANRI BIZI GORUR. MAN OLANLARA INANIRAM.
altun 18 yanvar 2013 19:19  
bela hakimiyyatin bela da bashcisi olacaq
Rocstar 19 yanvar 2013 02:36  
vaay namu***
Şəmsəddin 19 yanvar 2013 02:57  
Bu fakt da bir daha göstərir ki artiq Azərbaycanda vətəndaşlarin namusuna təcavüz etmək dövlət siyasətinə çevrilib.Bunlarin fiziki məhvinə fərman vermək zamani yetişib.Başqa çixiş yolu yoxdur.
SAHIB 19 yanvar 2013 07:41  
GORUNUR HADISENIN BASH QEHREMANI LUTVELINI OZ DOQMA ZERDABINDA YAXSHI TANIMIRLAR. BU ADAM INSANLARA PISLIK ETMEKDE QARDASHI XANELI ILE BIRLIKDE MAHIRDIRLER. SHEFEQ XANIM GUDAZA GEDIB. BU BIRINCI DEYIL. BELE *** ANCAQ ICRA BASHCHISI OLA BILER.
zerdab 22 yanvar 2013 00:35  
ay zerdab xalqi lutveliye sual verin ele bele exlaqsiz isler ustunde onlari oz dogma kendlerinden qovmusdularmi? goycayda 14 yasli qiza zorakiliq eliyerek sauna pozgunu etmemisdilermi indide ekberov elinin ...... iliwib ar olsun lutveliye ve eliye qarsi qalxib mubarize aparaq biz zerdabliyiq qeyretli zerdab xalqina esq olsun ekberov eliye ve onun yaninda apardigi 10 dene aile uzvu olan qadina ar olsun
Minegul 22 yanvar 2013 17:28  
Deyilene gore Lutvelinin qardaslarinin ded xasanla guclu munasibeti varmis Bunu ucun mutleq Rusiyanin Dovlet tehlukesizlik Nazirine muraciet etmek lazimdir onda melum olar
Remziye 22 yanvar 2013 19:19  
ar olsun lutveli ile ekberov eliye onlarin qizlarina allah bela versin neceki verib bu xanimi destekleyirik
Rahib 7 fevral 2013 20:53  
Amma Lütveli bütün günü iş verən Əli gildə olur görəsən niyə?

eli niye oz qizinin derdin cekmir namus pulla satilmir
Hafis 8 fevral 2013 23:19  
Ay lutveli bilirsenda sizi qerevelli kendinden niye qovublar utanmirsan uzunde var danismaqa gor eli senin haqqinda ne deyir Insallah birlikde yediyiniz xalqin milyonlarini qusacaqsiniz cox tezlikle
roma 12 mart 2013 02:14  
lutfeli gozde gelirem azerbaycana
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti