Müəllim məktəbdə namaz qıla bilərmi?

13-10-2014, 11:16
Oxunub: 557


"Mən müəlliməyəm, mərhum eks-prezident Heydər Əliyevin adını daşıyan məktəbdə ruslarla birgə çalışıram. Məktəbdə azərbaycanlı və rus uşaqları oxuyur. Bu gün namazımı çatdıra bilməyəcəyim üçün məktəbdə qıldım. Amma rus müəllimlər bunu görüb məni təhqir etməyə başladılar ki, məktəbdə namaz qılmağa icazə verilmir. Həqiqətən Azərbaycanda müsəlman müəllimə məktəbdə namaz qılmağa icazə verilmir?”.
 
Etatist.com-un Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Günay Əmrahova adlı müəllimə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciətində yazıb.
 
QMİ-nin Fətva şöbəsindən isə G.Əmrahovanın müraciətinə cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq müsəlman vətəndaşlar öz dini ayinlərini azad formada yerinə yetirə bilər: "Azərbaycanda hər bir vətəndaşın din və vicdan azadlığı vardır. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı bir şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl müəssisədirsə sahibinin icazəsi olmadan orada namaz qıla bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmağınız tövsiyə olunur”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti