Hərbi xidmətə yararlılığı yoxlamaq üçün yeni avadanlıqlar alınır

17-01-2013, 14:59
Oxunub: 844


Azərbaycanda yeniyetmələrin hərbi xidmətə yararlılığının müəyyən edilməsi, onların dəqiq yoxlanışının təmin olunması məqsədilə yeni avadanlıqlar alınacaq. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

 

Bu məqsədlə Nazirlər Kabineti 20 ədəd flüoroqraf aparatının alınması üçün Səhiyyə Nazirliyinə vəsait ayırıb. Ötən ilin sonlarında ayrılmış vəsaitin məbləği 3 milyon 200 min manat təşkil edib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti