Əmək qanunvericiliyi 14774 dəfə pozulub

9-10-2014, 15:21
Oxunub: 578


Cari ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 14 774 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə,  həmin hüquq pozuntularının əksəriyyəti özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verib. Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 41,1 %-i, yəni 1 411 600 manatı dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur.
DƏMX tərəfindən bu istiqamətdə aparılan işlər iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, vətəndaşların əmək hüquqlarının təmin edilməsi ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına yönəlib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti