"Quş qripi"nə görə monitorinqlər başlayır

9-10-2014, 15:15
Oxunub: 447


Oktyabrın 20-də "quş qripi" xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start veriləcək.
 
Dövlət Baytarlıq Xidmətindən Lent.az-a verilən məlumata görə, köçəri quşların məskunlaşdığı və müəyyən edilmiş bütün ərazilərdən seçmə üsulla quşlar ovlanaraq onlardan nümunələr götürüləcək. Eləcə də ölkənin ayrı- ayrı quşçuluq və həyətyanı təsərrüfatlarında saxlanılan ev quşlarından götürülən qan və patoloji materiallar müayinə üçün laboratoriyaya təqdim ediləcək.

Bütün nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr oktyabrın31-də ictimaiyyət üçün açıqlanacaq.
Hazırda "quş qripi" xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti