Məsciddə azərbaycanlı imam köməkçisinin çənəsini sındırdı

17-01-2013, 12:58
Oxunub: 2320


Rusiyada yaşayan Azərbaycan əsilli şəxs imamın köməkçisini döyüb.
Lent.az-ın "ntv.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə Xantı-Mansiysk muxtar dairəsindəki Nefteyuqansk şəhərindəki məsciddə baş verib.

Günorta namazından sonra imamın köməkçisi Taqir-xazrat Samatov məsciddəki otağına gəlib. Bu zaman otağa namazda iştirak etmiş Azərbaycan əsilli bir şəxs daxil olub. O, "siz səhv namaz qılırsan” deyərək Taqir-xazrat Samatovu döyməyə başlayıb. Nəticədə imam köməkçisinin burnu və çənəsi sınıb. İmam köməkçisini qışqırığını məscidə gələnlər eşidib və otağa daxil olub onu azərbaycanlının əlindən alıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti