"Dağıstandan gələn terrorçu" tutulub

17-01-2013, 10:41
Oxunub: 1818


Gəncə şəhərində polisə yalan məlumat verən şəxs tutulub. Etatist.com-un Kəpəz tv-tə istinadən verdiyi məlumata görə, özünü təqdim etməyən şəxs zəng edərək Gəncə şəhər Mahrasa bağı qəsəbəsində yerləşən 13 mərtəbəli 2 binanı bomba ilə partladılacağını bildirib. O özünü Dağıstan Respublikasından gəlmiş terrorçu kimi təqdim edib.

 

 


Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami rayon polis əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, informasiya yalandı. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Məlum olub ki, zəng edən şəxs 32 yaşlı Gəncə sakini Xəyal Mübariz oğlu Məmmədovdur. Onun barəsində həbs qəti-imkan tədbiri seçilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti