ABŞ etiraf etdi: "Vura bilmədik"

6-10-2014, 09:58
Oxunub: 290
ABŞ kəşfiyyatının İŞİD-dən daha təhlükəli hesab etdiyi "Xorasan" qrupunun liderləri hava qüvvələrinin hücumlarından yayına biliblər


ABŞ "Xorasan"la bağlı etiraf edib.
 
Axar.az xəbər verir ki, ABŞ 22 sentyabrda "Xorasan" terror təşkilatına etdiyi hücumun uğursuz olduğunu etiraf edib.

ABŞ kəşfiyyatının İŞİD-dən daha təhlükəli hesab etdiyi "Xorasan" qrupunun liderləri hava qüvvələrinin hücumlarından yayına biliblər. 
 
Qeyd edək ki, ABŞ "Xorasan" lideri Muhsin Əl-Fadlinin hava hücumu zamanı öldürüldüyünü iddia etmişdi. Əl-Fadlinin başına ABŞ tərəfindən 7 milyon dollar qoyulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti