Vahid Ələkbərovun şirkəti pul yumaqda şübhəli bilindi

3-10-2014, 10:26
Oxunub: 472
“LUKoyl” nümayəndəsi baxışların keçirildiyini təsdiqləyərək, “Petrotel” zavodunda mühasibat sənədlərinin götürüldüyünü qeyd edib


Rumıniyanın güc və gömrük qurumlarının nümayəndələri Rusiyanın "LUKoyl” neft şirkətinin ölkədəki ofislərinə baxış keçiriblər.

APA-nın verdiyi xəbərə görə, bu barədə "Frans Press” agentliyi məlumat yayıb. Şirkətin Rumıniya üzrə aktivlərinin cəmləşdiyi Ployeşti şəhərinin prokurorunun verdiyi məlumata əsasən, söhbət 1,03 mlrd ley (230 mln avro və ya 290 mln dollar) məbləğində qeyri qanuni əməliyyatlardan gedir. Səhmlərinin 97 faizinin "LUKoyl”a məxsus olan "Petrotel” zavodu da daxil olmaqla, ümumilikdə, 23 reyd keçirilib. "LUKoyl” nümayəndəsi baxışların keçirildiyini təsdiqləyərək, "Petrotel” zavodunda mühasibat sənədlərinin götürüldüyünü qeyd edib.

Xatırladaq ki, "LUKoyl"un prezidenti həmyerlimiz Vahid Ələkbərovdur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti