ABŞ Senatında yeni katib müzakirəsi

17-01-2013, 09:04
Oxunub: 857


ABŞ Senatının beynəlxalq komitəsi Con Kerrinin dövlət katibi vəzifəsinə namizədliyini yanvarın 24-də müzakirə edəcək. Bu barədə komitədən məlumat verilib.

Hazırkı dövlət katibi Hillari Klinton yanvarın sonlarında vəzifəsini tərk edəcək. Onun vəzifəsini tərk etməsi Barak Obamanın ikinci dəfə prezident seçildikdən sonra hökumətdə apardığı dəyişikliklərlə əlaqədardır.
Yanvarın 31-də isə Senatın silahlı qüvvələrə dair komitəsi müdafiə naziri vəzifəsinə keçmiş senator Çak Heygelin namizədliyini müzakirə edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti