Iranda daha 4 nəfər edam edildi

17-01-2013, 09:02
Oxunub: 2432


İranda yanvarın 16-da biri əhalinin gözü qarşısında olmaqla, 4 nəfər edam edilib.

 

APA-nın məlumatına görə, 2 nəfər təcavüz etməkdə, qalanları isə narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Hər 4 məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qaçaqmalçılıqla ittiham olunan 2 şəxs Şahrud şəhərinin həbsxanasında, təcavüz etməkdə təqsirləndirilən bir nəfər isə Məşhəd zindanında asılıb. Əhaliyə ibrət olması üçün təcavüz edən digər məhbus Səbzivar şəhərində əhalinin gözü qarşısında edam edilib. Ölüm hökmü şəhər stadionunda icra edilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti