“Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejiminə keçir

30-09-2014, 11:11
Oxunub: 492
"Operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal operativ aradan qaldırılması mümkün olacaq"


"Bakıelektrikşəbəkə” ASC Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "APA-Economics”ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, bayram günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görüləcək: "Qurum 24 saat növbətçilik əsasında işləyəcək. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib”.

T. Mustafayevin sözlərinə görə, əhalinin sıx gəzib-dolaşdığı yerlərdə baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması üçün tapşırıqlar verilib və işçi qrupları ayrılıb. Yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal operativ aradan qaldırılması mümkün olacaq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti