Türkiyə və Azərbaycan Şərqlə Qərbi birləşdirib

29-09-2014, 11:21
Oxunub: 320


Türkiyə və Azərbaycan regionda birgə layihələr həyata keçirərək Şərqlə Qərbi birləşdirən enerji dəhlizi yaradıblar.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə "Trend" bu gün "TRT Haber” telekanalına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, belə layihələrin əyani nümunəsi Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Tbilisi-Ceyhan neft kəməridir.

Ərdoğan qeyd edib ki, hazırda həyata keçirilən TANAP layihəsi dünyanın enerji təhlükəsizliyinin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti