Cameron İŞİD-ə qarşı vuruşmaq üçün parlamentdən icazə istəyir

26-09-2014, 12:36
Oxunub: 504


Britaniyanın baş naziri David Cameron İŞİD yaraqlı qrupuna zərbələr endirmək üçün parlamentin icazəsini istəyəcək.
 
Cameron parlamenti tətildən çağırıb və sentyabrın 26-da onlar qarşısında çıxış edəcək. Cameron Birləşmiş Ştatlar və müttəfiqlərinin İŞİD-ə qarşı kampaniyasına qoşulmaq istəyir.

Cameron əvvəlcə parlamentdən dəstək istəməyə tərəddüd edirdi. Ötən il parlamentarilər Britaniyanın Suriya hökumət qüvvələrinə qarşı hava zərbələrinə "yox” demişdi.

Britaniya partiyaları baş naziri dəstəkləyəcəyini bildirir. Britaniya ləhcəsi ilə danışan İŞİD yaraqlısının iki ABŞ jurnalisti və britaniyalını öldürməsi ölkədə İŞİD-ə qarşı ictimai fikri oyandırıb.

İŞİD Suriya və İraqda böyük əraziləri tutub. Britaniya deyir ki, 500 vətəndaşı Suriya və İraqa döyüşməyə gedib. Bu da onlardan bəzilərinin qayıdıb Birləşmiş Krallıqda terror törədə biləcəyi sarıdan narahatlıq yaradıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti