Türkiyədə qəzada ölən azərbaycanlıların fotoları yayıldı

26-09-2014, 12:20
Oxunub: 397


Azvision.az Ülvi Sərdarov və Mayıs Həsənovun fotolarını əldə edib.

Məlumata görə, həlak olan Ü. Sərdarov Sumqayıt, yaralanan M.Həsənov isə Bakı şəhərindəndir. Həmin fotoları təqdim edirik:

*   *   *10:17

Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı tələbələr ağır yol-nəqliyyat hadisəsinin qurbanı olublar.

Əli Kərimli adlı azərbaycanlı tələbənin idarə etdiyi avtomobil Uşak şəhərində, İzmir-Ankara magistralının 7-ci kilometrliyindəki yol qovşağında dirəyə çırpılaraq yolun əks istiqamətinə keçib və nəticədə başqa bir avtomobillə toqquşub. "Anadolu agentliyi"nin yaydığı xəbərdə qəzaya səbəb olan tələbənin avtomobili icarəyə götürdüyü bildirilir.

Ağır yol qəzasında Uşak Universiteti Maliyyə kafedrasının 2-ci kurs tələbəsi Ülvi Sərdarov ilə İdarəetmə kafedrasının 2-ci kurs tələbəsi Elvin Bəhrəmli elə hadisə yerində keçiniblər. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan digər azərbaycanlı tələbə Anar Musayev isə həkimlərin bütün səylərinə baxmayaraq həyatda qala bilməyib.

Sürücülər ilə avtomobillərdə olan Əminə Kan, Əsra Kan, Hasan Hüseyin Kan və azərbaycanlı tələbə Mayıs Həsənov sıxışmış avtomobillərdən çıxarılaraq təcili xəstəxanaya çatdırılıblar.

Hadisədən sonra xəstəxanaya gedən Uşak Universiteti rektoru Sait Çelik tələbələrin yol qəzasında dünyasını dəyişməsini kədərlə qarşıladığını bildirib.

"Çox kədərliyik. Üç övlaımızı itirdik. Baş verən qəzada daha çox itkinin olmamağı üçün dua edirik” – deyə universitet rektoru qeyd edib./anspress

Türkiyədə qəzada ölən azərbaycanlıların fotoları yayıldı





 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti