Azərbaycanda aqrar məhsulların istehsalı bahalaşıb

16-01-2013, 15:02
Oxunub: 1390


Azərbaycanda 2012-ci ilin dekabrında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,9%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,5% bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,8% ucuzlaşıb.

 

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 9,6% azalıb, buğdanın istehsalçı qiymətləri 0,6%, qarğıdalının 3,8%, arpanın 1,2%, göyərtilərin 0,8%, kartofun 0,4%, xiyarın 2,7%, pomidorun 1,9%, baş soğanın və sarımsağın 0,2%, quru otun 0,1%, yoncanın istehsalçı qiymətləri isə 1,5% yüksəlib.

 

Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 4,4%, xurmanın 1,8%, feyxoanın 4,1%, qozun 0,5%, fındığın 5,3%, şabalıdın istehsalçı qiymətləri 5,5% yüksəlib, almanın istehsalçı qiymətləri 18,5%, heyvanın 0,2%, limonun 8,2%, naringinin istehsalçı qiymətləri isə 5,2% enib.

 

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşlarının və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,3% və 1,1% enib. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,3%, camışın 2,5%, diri qoyun və keçilərin 3,2%, mal və qoyun ətinin (diri çəkidə) 0,1%, südün 0,3%, yumurtanın istehsalçı qiymətləri isə 3,0% yüksəlib.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,6% ucuzlaşma müşahidə olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti