Şeyx sabah Rusiyaya gedəcək

24-09-2014, 14:30
Oxunub: 941


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Rusiya Federasiyasına səfərə yola düşəcək.

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, səfər Moskva və bütün Rusiyanın Patriarxı Kirillin dəvəti əsasında həyata keçirilir.

MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü sentyabrın 26-da Patriarxın Moskvadakı rəsmi iqamətgahında baş tutacaq.

Səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti