Məktəb direktoru Etatist.com-dan 50 min manat tələb edir

22-09-2014, 19:07
Oxunub: 1973
283 saylı məktəbin direktoru Şükufə Axundova Ziyadxan Bəkirovun onun haqqında dediyi "erməni əsilli" sözünə görə Etatist.com-dan 50 min manat tələb edir


Bu gün gənclərin saytı - Etatist.com internet qəzetinə qarşı qaldırılmış iki əsassız məhkəmə iddiası əsası üzrə birinci məhkəmə prosesi keçirilib. 

Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədriliyi ilə 283 saylı məktəbin direktoru Şükufə Axundovanın qaldırdığı iddia əsasında keçirilən məhkəmə prosesində şikayətçinin özü iştirak etməyib.

Qeyd edək ki, Şükufə Axundova 17 iyun tarixində Etatist.com internet qəzetində yayımlanan "Ehtiyatda olan polkovnik İlham Əliyevə şikayət etdi” başlıqlı xəbərdə şərəf və ləyaqətinin alçaldığını iddia edərək internet qəzetdən 50 min manat təzminat tələb edir. Həmin xəbərdə ehtiyatda olan polkovnik Ziyadxan Bəkirovun Prezident İlham Əliyevə video-müraciəti yayımlanıb. Video-müraciətdə Z.Bəkirov keçmiş qudası 72 yaşlı məktəb direktoru Ş.Axundovanın erməni əsilli olduğunu iddia edib. Məktəb direktoru Etatist.com-un şərhsiz olaraq təqdim etdiyi video-müraciətdəki "erməni əsilli” sözünə görə şərəf və ləyaqətinin alçaldığını iddia edir.

Onu da bildirək ki, bu xəbərdən sonra – iyul ayının 9-da Ziyadxan Bəkirov moderator.az saytına açıqlama verərək Şükufə Axundovadan üzr istəyib. Etatist.com şəffaflığı qorumaq üçün bu açıqlamanı da istinadla yayımlayıb.

Hakim E. Hümbətov Ziyadxan Bəkirov və Şükufə Axundovanın məhkəmədə iştirak etmədiyini əsas gətirərək məhkəməni oktyabr ayının 8-nə təxirə salıb.

Məhkəmə prosesini izləmək üçün Milli Fikir Mərkəzinin bir sıra üzvü Nəsimi Rayon Məhkəməsinə toplaşıblar.

Məktəb direktoru Etatist.com-dan 50 min manat tələb edir

Etatist.com-un digər məhkəməsi isə ANS Şikrətlər Qrupunun iddiası əsasında sentyabr ayının 24-də keçiriləcək. ANS şikrətlər Qrupunun iddiası yanvar ayının 14-də saytda interpress.az-a istinadla yayımlanan "ANS satılır” başlıqlı xəbərə görədir. ANS bu xəbərə görə saytdan 100 min manat təzminat tələb edir.


ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev movqe.az saytına açıqlama verərək xəbəri təkzib edəndən sonra bu xəbər də Etatist.com-da yayımlanıb.

Məktəb direktoru Etatist.com-dan 50 min manat tələb edir

Etatist.com

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti