Xaçmazda ev yandı

16-01-2013, 10:11
Oxunub: 924


Etatist.com-un Fövqəlladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Alekseyevka kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə və çardağının yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti