Təhsil Şöbəsində yanğın baş verib

15-01-2013, 23:40
Oxunub: 1248


Azərbaycanın Lerik rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lerik rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 15-də saat 13.00 radələrində rayon Təhsil Şöbəsinin inzibati binasında qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 220 kv.m olan birmərtəbəli binanın 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 18 kv.m. sahədə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

 

İlkin versiya kimi yanğına odun sobasından çıxan qığılcımın səbəb olduğu bildirilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti