"Qadını necə döymək lazımdır?" - Kitab

15-01-2013, 20:45
Oxunub: 5563


İran və Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrinə çap olunan bəzi kitablar təəccübə səbəb olur. Belə kitablardan biri də Məhəmməd Kamal Mustafanın çap etdirdiyi "İslamda qadın” adlı kitabdır. Kitabda müsəlman qadınının necə olması göstərilir.

  

Yazılanlara görə, göstərilir ki, müsəlman qadın bir az canlı (lakin çox kök olmamalıdır) olmalıdır ki, həyat yoldaşının zərbələrinə dözsün. Qadın həm mənəvi, həm də fiziki cəhətdən dözümlü olmalıdır.
Kitab müəllifi həmçinin müsəlman kişilərə öz qadınlarını necə döymək lazım olduğu barədə məsləhətlər verir. Müəllif məsləhət görür ki, müsəlman kişisi qadının həssas bədən üzvlərinə-üzünə, qarnına, döşlərinə, və s. vurmalıdır.
Lakin digər müsəlman yazarları bununla razı deyil. Səudiyyə Ərəbistanının ailə məsələləri üzrə eksperti Əl-Şimari isə yazır ki, müsəlman kişisi heç vaxt qadının üzünə vurmamalıdır. Həmçinin, o qeyd edir ki, qadına dəyən zərbə yüngül və yumşaq olmalıdır. Onun sözlərinə görə, müsəlman kişisi qadına əvvəlcədən bildirməlidir ki, ona neçə zərbə endirəcək.

  

Bəzi İslam mütəxəssisləri isə kişilərə məsləhət görür ki, qadını yumşaq əşyalarla vursunlar. Onların fikrincə, İslam qadının içi su dolu butulka, qaşıq, qab kimi bərk əşyalarla vurmağı qadağan edir.

  "Qadının İslam qanunlarına tabe olması” haqqında qanunları əks etdirən kitabda isə kişilərə hansı vəziyyətdə qadının döyülməsi haqqında bildirilir. Kitabda göstərilir ki, əgər qadın ərinin seksual tələblərini, öz dini borcunu yerinə yetirmirsə və ərindən icazəsiz evi tərk edirsə, kişiyə qadını döyməyə icazə verilir.

 

Xezerxeber 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti