Rusiya aya pilotsuz kosmik gəmi göndərəcək

15-01-2013, 16:55
Oxunub: 1152


Rusiya Federal Kosmik Agentliyi Roscosmosun prezidenti Vladimir Popovkin, 2015-ci ilə aya pilotsuz kosmik gəmi göndərəcəklərini bildirib.
Etatist.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Luna-Glob adı verilən kosmik gəminin, Rusiyanın Uzaq Şərq bölgəsindən göndəriləcəyi qeyd olunub. Ay səthinə kəşf üçün göndəriləcək Luna-Glob, 120 kiloqram ağırlığında plazma sensor, təcrübələr üçün texnoloji sistemlər daşıyacaq. Gəminin ay səthindən toplandığı maddələrlə dünyaya dönməsi nəzərdə tutulur.

Aya kəşf uçuşu ilə əlaqədar proqram 1990-cı illərin əvvəlində hazırlanıb. İqtisadi səbəblərə görə əvvəl 2010-cu ilə təxirə salınan proqram daha sonra da 2014-cü təxirə salınmışdı. Rusiyanın Dövlət Başçısı Vladimir Putin layihəyə dəstək üçün büdcədən 1milyard dollar ayırıb.

Rusiyanın kosmos işləri son dövrdə çətin bir müddətdən keçir. 2011-ci ilin may ayında Marsın peyki Phobesa göndərilən kosmik gəmi, Phobes-Grunt müvəffəqiyyət qazana bilməmişdi. daha sonra 2012-ci ilin dekabr ayında Yamal-402 telekom peyki yanacaq yetərsizliyi səbəbi ilə okeana düşmüşdü
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti